Arxiv

Posts Tagged ‘Güney Azərbaycan’

21 Azər hərəkatı və Güney Azərbaycan

Güney Azərbaycan Milli Hökuməti

Güney Azərbaycan Milli Hökuməti

Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar deyirdi ki, “Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır.  Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir”.

12 dekabr tarixinin xalqımız üçün tarixi və ideoliji əhəmiyyəti böyükdür. Bu gün Güney Azərbaycan Milli Hökumətinin təşkil edilməsi və elə bir ildən sonra həmin gün süquta uğramasıdır.

İkinci dünya müharibəsinin başlaması qan-qada ilə bərabər, bir sıra xalqların azadlıq arzusunu gerçəkləşdirməsinə gətirib çıxardı. Belə ki, Böyük Britaniya ilə yanaşı, Sovetlər Birliyi hərbi hissələri İran ərazisinə daxil oldu. Bu isə Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasını şərtləndirirdi. Demokratik proses ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə başladı. Qısa zamanda Pişəvərinin başçılıq etdiyi xalq fədailəri Güney Azərbaycanın bütün yaşayış məntələlərini azad etdilər. Ətraflı…

Advertisements

Güney Azərbaycan yenidən ayaqda…

Bir gün gələcək bu milllətin yolunda tikan olan nə varsa ayaq altında qalacaq….

Güney Azərbaycan…. Bu mövzu mənim hər zaman ağrılı mövzum olub. Yəni Güneydən nəsə yazanda, nəsə paylaşanda bəzi ağzı göyçəklər başlayırlar bəs Quzey Azərbaycandakı rejimdən niyə danışmırsınız?

Əvvəlcə onu xatırladım. Güney Azərbaycana da hakim kəsilən İran adlanan yerin irtica rejimi hansı formadadırsa Quzey Azərbaycandakı YAP hakimiyyəti də onun başqa formasıdır.
Bu əsas olmamalıdır ki, Quzey Azərbaycanda demokratiya yoxdur, avtoritar rejim hakimiyyət başındadır, insan hüquqları yoxdur deyə Güney Azərbaycan mövzusu qaldırılmasın. Tarix boyu hər zaman Güney Azərbaycanda bir çox inqlablar olmuş, dövlət qurulmuşsa da sonda qanla yatırılıb, qurulan dövlət acı nəticə ilə süquta yetirilmişdir. Səttarxan, Bağırxan, Seyid Cəfər Pişəvəri inqlabları göz önündədir… Hamsı acı və qanlı sonluqla bitib…

Qanla yatırılan inqilablar…

Ətraflı…

Azərbaycan 1984….

“Əgər haqqınızı tələb etsəniz, Qarabağdakı ermənilər də bizdən haqq istəyərlər, məcbur olub Qarabağı onlara verərik”

Məhşur İngilis yazıçısı Corc Oruellin diktatura və avtoritarizimdən bəhs edən “1984” və “Heyvanıstan” kitabları var. Hər kəs, xüsusən də “millətçiyəm” deyib dövlətçilik, dövlət və hakimiyyətin fərqini bilməyənlər bunları oxusa, daha gözəl olar. Bu iki əsərdə insanların pisixoloji duruma salınmasından, onların var-yoxunu talayan rejimlərdən söz açılır. Millət zillət içində yaşayır,  amma onları “idarə edənlər” yağ-bal içində üzürlər. Vətəndaşın,  insanın öz haqqını tələb etməsinin “günah olduğu” aşılanır və hər kəs də “bu, belə də olmalıdır” düşünür. Bunun əksini, yəni haqqını tələb etməyi düşünənləri elə günə salırlar ki, kütlə özü haqqını tələb edəni daş-qalaq edir; vətəndaş elə gündədir ki, düşünməyi, söz söyləməyi özünə qəbahət sayır; iş o yerdədir ki, yuxu görməyi də ayıb bilirlər. Hamı bir-birini satır, tutdurur, həbs etdirir. Bu adət-ənənə, ən gözəl vətəndaşlıq nümunəsi, vətən borcu sayılır.

Ətraflı…

“Dil millətin namusudur”

Biz necə, dilimizə sahib çıxırıqmı?

Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsi dövlət dili haqqındadır:
I.Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Danışmaq, bir-biri ilə ünsiyyətdə olmaq insanı bütün digər yaradılışlardan fərqləndirən tək xüsusiyyətdir. Tanrı yer kürəsində hər bir millətə yaşamaq üçün ayrıca məkan, coğrafi ərazi ayırdığı kimi, dil, ünsiyyət müxtəlifliyi də verib. Hər bir insanın öz ana dilində danışması, yazıb-oxuması Tanrı tərəfindən verilən haqdır. İnsalar müxtəlif sosial-siyasi və digər səbəblərdən doğulduqları ərazini, yəni Tanrının onlara Vətən olaraq seçdiyi məkanı tərk edə və başqa bir məmləkətdə yaşaya bilərlər. Bu halda belə Tanrının seçimi olan məkan Vətən müqəddəsliyini itirmir yəni əvəzlənmə formal xarakter daşıyır. Amma milli dil, Ana dili heç bir halda dəyişilməzdir.
Ətraflı…