Arxiv

Posts Tagged ‘Məhəmməd Əmin Rəsulzadə’

Azərbaycan Xalq Cümhuriyyəti -94

Azərbaycan Xalq Cümhuriyyəti  1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi.13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.

Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 8913,17 km² (ərazisi – Yeni-Bəyazid qəzası, İrəvan qəzasının 3/5-i, Eçmiədzin qəzasının ¼-i, Aleksandropol qəzasının ¼-i daxil idi  ; əhalisi 321 min nəfər olmuşdur ki, bunun da 230 mini erməni , 80 min müsəlman , 5 min yezidi kürd və 6 min digər millətlər) təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın NaxçıvanZəngəzur və Dağlıq Qarabağərazilənin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular.

30 may 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi

Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir.

4 iyun 1918 – Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında “Sülh və dostluq haqqında” müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski , Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınıb. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürüb Ətraflı…

Məhəmməd Əmin Rəsulzadə (həyat yolu)

Məhəmməd Əmin RəsulzadəAzərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Xalq Cümhuriyyətini təməl daşını quranlardan olan, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatını yaratmışdır (“Azərbaycan türk kultur dərgisi”, Ankara No269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Ətraflı…

Bu məmləkətdə dəyər verilməyən yeganə şey insan ömrüdür, Vətəndaşdır…

Deyirlər, insan yer üzünün əşrəfidir. Bəşəriyyət üçün də ən qiymətli varlıq Tanrının bu ali yaradılışıdır. Müasir ictimai idarəetmədə, yəni dövlətdə isə insan adı altında ən uca vətəndaş tutulur. Türk milləti üçün isə dövlətə insana dəyər verilməsi hələ vətəndaşlıq mövhumunun yaranmasından əvvələ, ilk Türk xaqanlıqlarının formalaşması dövrünə gedib çıxır. Məhz bu səbəbdəndir ki, XX əsrdə iki böyük dövlət adamı dövlətdə insana, vətəndaşa yüksək qiymət vermişdir. Məhəmməd Əmin Rəsulzadə  «İnsanlara hürriyyət, millətlərə istiqlal»,  Mustafa Kamal Atatürk isə «Hakimiyyət qeyd şərtsiz millətindir»  deməklə insan faktorunun hər şeydən yüksəkdə durduğunu göstərmişdir.

Ətraflı…