Arxiv

Posts Tagged ‘millət’

Hamı 17 Mart – Gənclərin “Gələcək Naminə” mitinqinə!!!

17 Mart - Gənclərin "Gələcək Naminə" mitinqi

Gəl və haqqını tələb et!

Haqlının yanında, haqsızın qarşısında ol!!!

Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində deyilir:

I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

Konstitusiya dövlətin əsas qanunudur və bütün digər hüquqi sənədlər bu qanunun prinsiplərinə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikasının konstitusiyasında sərbəst toplaşmaq qaydaları açıq şəkildə göstərilib və burda yazılmayıb ki, mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan icazə alınmalıdır, o «yox» deyərsə aksiya keçirmək, toplaşmaq olmaz.

Biz, Gənclərin Hüquqlarını Müdafiə Komitəsi olaraq 17 mart 2012-ci il tarixində mitinq keçirmək istəyirik. Mitinqin şüarları bunlardır: «Qarabağ!», «Rüşvətə yox!», «Siyasi məhbuslara azadlıq!». Gəlin bu şüarların aktuallığına və şüarların dəyərlərinə bir-bir nəzər yetirək: Ətraflı…

Advertisements

Ölən ölsün-əsas olan biz qazanalım

Azərbaycandakı siyasi vəziyyət, Konstitusiyanın  oliqarx maraqlarından daha hörmətsiz bir sənəd olması, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, seçki prosesinin qutudan iqtidarın istəyi ilə ad çıxarmaq “foksu”na çevrilməsi və s.  Bu kimi işləklər hər kəsə bəllidir. Bu mövzuda danışmaqla yeni Amerika kəşf etmək, kimisə təəccübləndirmək mümkün deyil.

Buna görə də mən hakimiyyətin əhalinin sosial durumu ilə bağlı apardığı işlərin bəzi pərdəarxası tərəflərinə toxunacam. Çünki bu iqtidar pərdəarxasında etdiklərini səhnədə vətəndaşlara başqa cür təqdim edir. Nə statistik göstərici vermək, nədə bunları analiz etmək fikrim var. Onsuz da, YAP-çılar və coxbilmişlər demişkən “Azərbaycan analoqsuz inkişaf edən ölkədir….” Ətraflı…