Arxiv

Posts Tagged ‘Mübarizə’

Rüşvətxor məmurun demokrat oğlu

"Azad" romanı

Araz günümüzün reallıqlarını “Azad”da yazdı

Araz Bayramov – bu ad sosial şəbəkələrdəki gənclərin çoxuna tanışdır. Mən Arazla elə “Facebook”da bloq yazılarını oxuduqdan sonra tanış olmuşam. Ən çox sevdiyim bloqqerlərdəndir və yazılarını böyük həvəslə oxuyuram. Arazın yazı üslubu zövqümə uyğundur, axıcı dillə yazır və oxucunu yormur. Bir sözlə, Araz Azərbaycan türkcəsində çox gözəl yazır.

Həm də səmimi və mehriban gəncdir, söhbətidən doymaq olmur…

Arazın kitab yazdığını eşidəndə çox sevindim, çünki yazıları kimi kitabının da maraqlı və mənalı olacağını bilirdim. Araz nəhayət, kitabını nəşr etdirdi.

Kitab “Azad” adlanır – elə Arazdan azadlıq gözləmək olardı. Roman mərhum yazarımız Rafiq Tağının əziz xatirəsinə həsr edilib. Kitabı Azərbaycanın inqilab mərkəzi Sabirabada gedəndə yolda oxumağa başladım və birnəfəsə oxuyub bitirdim.

Cabbara həsr edilib…

Kitabda keçmiş vicdan məhbusu Cabbar Savalanlıdan və demokratik proseslərdən, azad yaşamaq uğrunda mübarizə aparan gənclərdən bəhs edilir. Baş qəhrəman rüşvətxor bir məmurun oğlu Orxan adlı şəxsdir. Bu gənc mənsub olduğu ailənin yaşam həyatından məmnun olmayan biridir. Ətraflı…

“Azad insan hər yerdə azad olur…”

Məhşurlardan birinin belə sözü var: İnsanın nəyə qadir olduğu yalnız maneələrlə mübarizədə aydın olur…

…Əhəd Məmmədli

…kimin üçünsə oğlu, kimçünsə qardaş, qohum, əmioğlu, dayıoğlu, dost, əqidə yoldaşı və s…

Mənim üçün üzündə hər zaman təbəssüm dolu bir gənc. Azərbaycan gəncliyinin qürur duya biləcəyi bir insan…

Mən, Əhədi tanıyandan həmişə onu gülərüz görmüşəm. Əqidəli, inamlı, imanlı, mübariz bir gənc. Onunla tədbirlərdə, mitinqlərdə və bu kimi aksiyalarda görüşmüşük.

-Əhəd bəziləri kimi var- dövlət, şirkət, xaricdə villa və gününü istirahət zonalarında keçirmək güçün calışmır… Ətraflı…