Arxiv

Posts Tagged ‘pul’

Yıxın millətin evini, dağıdın bu ölkəni…

SİTAT: ay millət nəqliyyatda gediş haqqı qaldırılır. Özüdə niyə,  terrorla mübarizə və bu təhlükələrin qarşısını almaq üçün….

Qayğıkeş və vətəndaşın problemləri ilə gecə-gündüz yorulmadan çalışan YAP hakimiyyəti qiymət artımına gedəndə mütləq xalqın razılığını alır. Haqqüçünə, bu hakimiyyət həmişə belə eləyib – iqtidara gələndə də xalqin rəyini alir, seçki də keçirir. Yəni xalqsız heç nə etmirlər. Hara gedirlər, xalqı da ora sürükləyirlər, nə etmək istəyirlər, xalqın səsini – çığır-bağırını eşitmədən bir addım atmırlar.

Ətraflı…

Advertisements

“Dil millətin namusudur”

Biz necə, dilimizə sahib çıxırıqmı?

Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsi dövlət dili haqqındadır:
I.Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Danışmaq, bir-biri ilə ünsiyyətdə olmaq insanı bütün digər yaradılışlardan fərqləndirən tək xüsusiyyətdir. Tanrı yer kürəsində hər bir millətə yaşamaq üçün ayrıca məkan, coğrafi ərazi ayırdığı kimi, dil, ünsiyyət müxtəlifliyi də verib. Hər bir insanın öz ana dilində danışması, yazıb-oxuması Tanrı tərəfindən verilən haqdır. İnsalar müxtəlif sosial-siyasi və digər səbəblərdən doğulduqları ərazini, yəni Tanrının onlara Vətən olaraq seçdiyi məkanı tərk edə və başqa bir məmləkətdə yaşaya bilərlər. Bu halda belə Tanrının seçimi olan məkan Vətən müqəddəsliyini itirmir yəni əvəzlənmə formal xarakter daşıyır. Amma milli dil, Ana dili heç bir halda dəyişilməzdir.
Ətraflı…

Ölən ölsün-əsas olan biz qazanalım

Azərbaycandakı siyasi vəziyyət, Konstitusiyanın  oliqarx maraqlarından daha hörmətsiz bir sənəd olması, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, seçki prosesinin qutudan iqtidarın istəyi ilə ad çıxarmaq “foksu”na çevrilməsi və s.  Bu kimi işləklər hər kəsə bəllidir. Bu mövzuda danışmaqla yeni Amerika kəşf etmək, kimisə təəccübləndirmək mümkün deyil.

Buna görə də mən hakimiyyətin əhalinin sosial durumu ilə bağlı apardığı işlərin bəzi pərdəarxası tərəflərinə toxunacam. Çünki bu iqtidar pərdəarxasında etdiklərini səhnədə vətəndaşlara başqa cür təqdim edir. Nə statistik göstərici vermək, nədə bunları analiz etmək fikrim var. Onsuz da, YAP-çılar və coxbilmişlər demişkən “Azərbaycan analoqsuz inkişaf edən ölkədir….” Ətraflı…

Liviya: Neft uğrunda mübarizə, yoxsa demokratiya..?!

Son vaxtlar Ərəb ölkələrində baş verən proseslər, inqilablar hər kəsin yaddaşlarında dərin izlər buraxıb.

Nə baş verir?!

Diktatorlardan bezən xalq, insan kimi yaşamaq istəyənlər qalxıb öz haqlarını tələb edirlər…
Diktatura idarə üsulu dünyada iflasa uğramaqdadır. Artıq seçkisiz- filansız hakimiyyəti mənimsəyənləri Xalq gəldiyi kimi də yola salır…
Bunları kim gətirib hakimiyyətə, Xalqmı?! Kim durub arxalarında- Qərbmi..?! Ətraflı…