Arxiv

Archive for İ

Yıxın millətin evini, dağıdın bu ölkəni…

SİTAT: ay millət nəqliyyatda gediş haqqı qaldırılır. Özüdə niyə,  terrorla mübarizə və bu təhlükələrin qarşısını almaq üçün….

Qayğıkeş və vətəndaşın problemləri ilə gecə-gündüz yorulmadan çalışan YAP hakimiyyəti qiymət artımına gedəndə mütləq xalqın razılığını alır. Haqqüçünə, bu hakimiyyət həmişə belə eləyib – iqtidara gələndə də xalqin rəyini alir, seçki də keçirir. Yəni xalqsız heç nə etmirlər. Hara gedirlər, xalqı da ora sürükləyirlər, nə etmək istəyirlər, xalqın səsini – çığır-bağırını eşitmədən bir addım atmırlar.

Ətraflı…

Çox sadə bir istək….

Hər kəsin yaşamaq hüququ vardır

Sətbəst toplaşmaq barədə Azərbaycan Respublikasının Konistutisiyasında belə yazılıb:  Maddə 49. Sərbəst toplaşmaq azadlığı 

I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.

II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

Yəni, düz oxudunuzsa burda Bakı Şəhər İcra Hakimiyyətinin İctimai məsələlər və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun imzaladığı məktubla buna icazə verib verməməsi yazılmayıb. Ətraflı…

Vətəndaşa ölüm marşı….

Tikilən körpü, cəkilən bəzəkli asfaltla təhsili, sağlamlığı olmayan vətəndaş hara gedir….

Azərbaycanın analoqsuz inkişafı, Qafqazın “lider” ölkəsi, hətta ABŞ-ı, bəzi Avropa ölkələrini inkişaf yarışında “ötməsini” hakimiyyət KİV-lərindən hər gün, hər saat və hər an eşidirik. Biz də təsdiqləyirik ki, inkişaf var. Amma bu inkişaf özünü vətəndaşın sosial problemlərinin həllində yox, məmurların villalarının, xarici banklarda kapitallarının artmasında, şirkətlərinin çoxalmasında özünü göstərir. Həm də seçkilərin saxtalaşdırılması, vətəndaşların konstitusion hüquqlarının, söz, mətbuat azadlığının, hətta vətəndaşın adicə hüquqlarının pozulması sahələrində o qədər irəlidəyik ki, Qərbi bizə “həsəd” aparır.

Milli Məclis 2011-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi. Büdcənin həcmi 3,5 milyard manat artaraq 15,5 milyard manata çatıb.  Hökumətin yetkililəri izah etdi ki,  büdcəyə əlavə olunan pulların 1 mlrd. manatdan çoxu pensiyaların və maaşların artırılmasına xərclənəcək. Bəs yerdə qalan 2,4 mlrd. manat? Bu məbləğ büdcənin “əsaslı vəsait qoyuluşu xərcləri”nə yönəlir.

Ətraflı…

Kateqoriyalar: Uncategorized