Əsas səhifə > Uncategorized > Daha bir faciəmiz….

Daha bir faciəmiz….

20 noyabr 1991-ci il Qarakənd faciəsi

20 noyabr 1991-ci il Qarakənd faciəsi

1991-ci ilin 20 noyabrı. O zaman mən Yardımlı rayonunun Bilnə kəndində 2-ci sinifdə oxuyurdum.  soyuq qış gecəsində sobanın yanına sığınıb televezorda nəyəsə baxmalı idim. Dəqiq xatırlamıram amma səbirsizliklə gözlədiyim bir verliş olmalı idi. Birdən proqram dəyişdi qara paltarlı adamların orkestr ifası başladı. Yarım saat, bir saat. Amma bu kədər musiqisi bitmək bilmirdi. Səbrim bir tikə olmuşdu, hər dəqiqə “mama niyə bunlar çalır?” deməyə başladım. Birdən musiqi dayandı diktor ekrana çıxdı və dedi: “Bu gün, Qarakənd istiqamətinə uçan vertalyot dumana düşüb, dağa dəyib partlamışdır”. Bir necə dəfə bunu təkrarladılar. Sonralar öyrəndik ki, vertalyot dumana düşməyib onu ermənilər vurub və onlarla sayseçmə Azərbaycan oğulları, dövlət adamlarımız həlak olub. Və  hər il, 20 noyabr gələndə, bu təqvim günü mən özümü pis hiss edirəm. Təqvimin bu günü Azərbaycanın ən böyük faciələrindən birin özündə yaşadır. Bu günkü olayda millətimizin qaymaqları faciəli şəkildə öldürülüblər. 1937-ci ildə sovet rejimi millətin qaymaqların hansı formada qırmişdısa, bu da həmin faciələrdən biridir. Bu il 1991-ci ilin 20 noyabrında baş verən vertaliot qəzasında ziyalılarımız, hökumət və dövlət adamlarımız qırılıb.

 

20 noyabr 1991-ci il Qarakənd faciəsi

20 noyabr 1991-ci il Qarakənd faciəsi

Vaxt gələcək bu faciəni kim və nə üçün törətmişdi açılacaq. Bu açıq terror idi və hələdə aydın olmayıb ki, nə üçün törədildi faciə…. təbii ki, erməninin mövqeyi bəlli idi.

Məlum olanlar bunlardır…

1991-ci il noyabrın 20-də,  Xocavəndin Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycanın rəsmi şəxslərinin olduğu hərbi vertolyot qəzaya uğrayıb. Rusiya və Qazaxıstan hərbi müşahidəçilərinin də olduğu Mİ-8 vertolyotunun Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulması nəticəsində, 22 nəfər həlak olub. Məlumata görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotut saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanıb. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu bu məlumatı efirə verib.   Bu faciəsi nəticəsində dövlət katibi Tofiq İsmayılov, baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov,  jurnalistlərOsman Mirzəyev, Alı Mustafayev və bir çox dövlət məmurları həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olublar. Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verildi) İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı”) cinayyət iş açdı. Polkovnik İ.Lazutkin (anası Emilya Arustavna Baqdasaryan. Axalkalakidə anadan olub. İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada işləyib) ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya “.. ermənilər göstərib…”

İsmət Qayıbov

İsmət Qayıbov

Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi….

Belə ki, Vertolyotun “qara qutusu”nu da əlinə keçirən bu polkovnik oldu. Ona toxunmaq qadağan edildi bele bir məlumat da yayıldıki “qara qutu” “istidən” və yanğından”, “partlayışdan” (onun sozləridi)… sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki “qara qutu” Gəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi. Prokurror İ.Lazutkin hamını aldatdı. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur.

Qəzanın səbəbləri…

Məhəmməd Əsədov

Məhəmməd Əsədov

Əvvəl rəsmi variant səsləndi: vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox “ağ ləkələr” var. İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə vertolyotu müşaiyət etmirdi? Niyə onların hamısı bir vertolyotda idi-sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.


Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi vertolyotuna Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu – “U-238”var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla2 kmməsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həmdə kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqlarının mərkəzdən 500-600 metr kənara atılır.

Qəza nəticəsində şəhid olan vətən oğulları: Allah rəhmət eləsin.

  1. Alı MustafayevTofiq Kazım oğlu İsmayılov – dövlət katibi
  2.  İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
  3.  Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri
  4.  Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
  5.  Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
  6.  Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
  7.  Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
  8.  Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
  9.  İqor Aleksandiroviç Plaviski – QMB-nin prokuroru
  10. Vladimir Vladimiroviç Kovalyov – QMB-nin Daxili İşlər İdarəsinin rəisi
  11.  Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
  12.  Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
  13.  Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini
  14.  Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
  15.  Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
  16.  Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
  17.  Alı Mustafa oğlu Mustafayev – telejurnalist
  18.  Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
  19.  Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
  20.  Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
  21.  Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü
  22.  Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir şərh yazın